Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov bu ölkədə səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib.
Bu barədə nazir “X” sosial şəbəkəsində qeyd edib.
Qəbulda dövlət başçılarının dostluğa və həmrəyliyə əsaslanan Azərbaycan-Türkmənistan münasibətlərinə verdiyi önəm sayəsində çoxtərəfli əlaqələrin inkişaf etdiyi vurğulanıb.