10 C
Baku
Thursday, December 12, 2024

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsinin vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına daxil edilir – İlk oxunuş

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsinin vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına daxil edilir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan“Dövlət qulluğu haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi bu vəzifəni yerinə yetirən şəxslərin müvafiq təsnifat vəzifələr üzrə dövlət qulluqçularına aid hüquq və təminatlardan istifadə etmək, vəzifələri yerinə yetirmək məqsədi ilə hazırlanıb.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər