12 C
Baku
Saturday, November 23, 2024

“Exxon” “Pioneer”i 60 mlrd. dollara ala bilər

Amerikanın ən böyük neft və qaz şirkəti “Exxon Mobil” şist istehsalçısı “Pioneer Natural Resources Co.”nun alınması ilə bağlı razılaşma əldə etməyə yaxındır, əməliyyatın məbləği təxminən 60 milyard dollar ola bilər, “The Wall Street Journal” mənbələrə istinadən yazır.

Onların fikrincə, sövdələşmə yaxın günlərdə bağlana bilər, baxmayaraq ki, onun baş tutmaması ehtimalı hələ də var.

Aprel ayında WSJ şirkətlərin ilkin danışıqlarda olduğunu yazmışdı.

Məlumata görə, 2022-ci ildə rekord mənfəət əldə etdikdən sonra “Exxon” kifayət qədər nağd pula malikdir və şist sektorunda mövcudluğunu genişləndirmək üçün variantları araşdırmağa başlayıb.

Bazar dəyəri təxminən 50 milyard dollar olan “Pioneer”in alışı, 1999-cu ildə “Exxon” və “Mobil” birləşdikdən sonra şirkətin ən böyük sövdələşməsi olacaq. Bu, “Exxon Mobil”a əməliyyatların onun biznesinin inkişafının mühüm hissəsi olduğu “Perm” hövzəsinin şist yataqlarında üstünlük təşkil edəcək.

Bu ilin əvvəlindən “Exxon” birja kotirovkaları 1.2%, “Pioneer” isə demək olar ki, 6% azalıb. “Exxon”un bazar dəyəri 436 milyard dollar olaraq qiymətləndirilir.

Son xəbərlər
Digər xəbərlər