Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İrəvanda səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan-Ermənistan münasibətləri, Qarabağın erməni əsilli sakinlərinin haqları və humanitar məsələlər müzakirə olunub.
Xatırladaq ki, ABŞ dövlət rəsmisi daha əvvəl Bakıya səfər edərək burada görüşlər keçirib.