12 C
Baku
Monday, November 25, 2024

Azərbaycanda daşınmaz əmlaka yatırım etmək sərfəlidir?

Davamlı gəlir mənbəyi yaratmaq hər kəsin arzusudur. Çünki belə olan halda həm özümüzün, həm də övladlarımızın, ailəmizin gələcəyini təminat altına alırıq. Əlavə olaraq da biz işləməsək belə pulumuz bizim üçün işləyib pul gətirir.

Bir çox investisiya variantları mövcuddur. Bunlardan biri də daşınmaz əmlakdır. Danışmaz əmlaka ağıllı yatırım etmək haqqında daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimovdan müsahibə aldıq.

Nüsrət İbrahimov bildirib ki, 2000-ci ildən bu günədək daşınmaz əmlak bazarında qiymət indeksi 6.4 təşkil edir. Yəni 2000-ci ildə 10000 AZN-ə alınan danışmaz əmlakın hazırda real qiyməti 64000 AZN-dir. Əmlak eksperti onu da qeyd edib ki, biznesə yeni başlayanlar üçün mənzil seqmenti ən münasibdir. Çünki mənzili biznes olaraq idarə etmək daha rahatdır.

Kredit mövzusuna da toxunan Nüsrət İbrahimov vətandaşlara bank kreditindən maksimum yararlanmağı tövsiyə edib. O bildirib ki, biz daşınmaz əmlak almaq üçün pul yığanda proses uzun çəkir və bu müddət ərzində mənzilin qiyməti artır, paralel olaraq da valyutanın inflyasiyası baş verir. Sonda yığdığımız pul mənzilin qiymətini qarşılamır. Ona görə də kredit götürüb, daşınmaz əmlaka yatırım edərək ordan gələn pul ilə krediti bağlamaq daha məntiqlidir.

Danışmaz əmlak bazarında gəlirlərin davamlı, sabit və risksiz olduğunu söyləyən ekspert vətandaşlara daşınmaz əmlak bazarına ağıllı yatırım etməyi məsləhət görüb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər