“Bank Avrasiya” ASC-nin 2023-cü ilin ilk üç rübü ərzində depozitləri kiçilib.
Bu barədə Banker.az bankın rüblük maliyyə hesabatına istinad edir.
Hesabata görə, ilin əvvəlində 79.7 milyon manat ola depozitlərin həcmi, 9 ayın sonuna 65.31 milyon manat təşkil edib ki, bu da müddət ərzində 18% azalma deməkdir.
Bankın depozitlərindəki azalma həm fiziki şəxslərdən, həm də hüquqi şəxslərdən cəlb olunan vəsaitlərdə müşahidə edilməkdədir. Belə ki, ilk 9 ay ərzində bankın əhalidən cəlb etdiyi depozitlər 67.07 mln. manatdan 59.68 mln. manata, şirkət və təşkilatlardan cəlb edilən depozitlər isə 12.63 mln. manatdan 5.63 mln. manata qədər azalıb.
| Maliyyə vəziyyəti haqqında hesabat | |||
| Hesabatlılıq dövrü: 30.09.2023
Yenilənmə tarixi: 12.10.2023 |
|||
| Hesabat dövrü | Ötən ilin sonu | ||
| 1 | Aktivlər: | 202243.80 | 224268.27 |
| 1.1 | Nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsait | 32502.98 | 55830.09 |
| 1.2 | Ticarət və investisiya qiymətli kağızları | 12901.64 | 17952.22 |
| 1.3 | Banklar və digər maliyyə institutlarındakı depozitlər | 14280 | 25000 |
| 1.4 | Banklar və digər maliyyə institutlarına verilən kreditlər | 4684.55 | 4697.84 |
| 1.5 | Müştərilərə verilmiş kreditlər | 142242.24 | 125352 |
| 1.5.1 | a) istehlak kreditləri | 14980.81 | 8876.27 |
| 1.5.2 | b) biznes kreditləri | 71122.27 | 66900.74 |
| 1.5.3 | c) daşınmaz əmlak kreditləri | 56139.16 | 49574.99 |
| 1.5.4 | d) digər kreditlər | 0 | 0 |
| 1.5.5 | Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat | 16139.21 | 15415.20 |
| 1.5.6 | Müştərilərə verilmiş kreditlər (xalis) | 126103.03 | 109936.80 |
| 1.6 | Əmlak və avadanlıqlar | 7025.67 | 3722.96 |
| 1.7 | Qeyri-maddi aktivlər | 243.65 | 267.44 |
| 1.8 | Təxirə salınmış vergi aktivləri | – | – |
| 1.9 | Balansdankənar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat | – | – |
| 1.10 | Digər aktivlər | 4502.28 | 6860.92 |
| 2 | Öhdəliklər: | 124481.72 | 150461.33 |
| 2.1 | Depozitlər | 65308.11 | 79699.39 |
| 2.1.1 | a) fiziki şəxslərin depozitləri | 59680.49 | 67071.28 |
| 2.1.2 | b) hüquqi şəxslərin depozitləri | 5627.62 | 12628.11 |
| 2.2 | Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər | 0 | 0 |
| 2.3 | Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər | 58208.57 | 69292.62 |
| 2.4 | Borc qiymətli kağızları | 0 | 0 |
| 2.5 | Cari vergi öhdəlikləri | 117.63 | 704.91 |
| 2.6 | Təxirə salınmış vergi öhdəliyi | 0 | 0 |
| 2.7 | Subordinasiya borc öhdəlikləri | 0 | 0 |
| 2.8 | Digər öhdəliklər | 847.41 | 764.41 |
| 3 | Kapital: | 77762.08 | 73806.95 |
| 3.1 | Səhmdar kapitalı | 50000 | 50000 |
| 3.2 | Səhmin qiymətinin dəyişməsindən gəlir (zərər) | 0 | 0 |
| 3.3 | Bölüşdürülməmiş mənfəət | 25801.83 | 21849.05 |
| 3.4 | Ümumi ehtiyatlar: | 1960.25 | 1957.9 |
| 3.4.1 | a) kreditlər, lizinqlər və digər tələblər üzrə mümkün zərərlərin ödənilməsi üçün adi ehtiyatlar | 1699.86 | 1467.52 |
| 3.4.2 | b) əsas vəsaitlərin qiymətləndirilməsindən adi ehtiyatlar | 0 | 0 |
| 3.4.3 | c) digər ümumi ehtiyatlar | 260.39 | 490.38 |
| 4 | Cəmi öhdəliklər və kapital | 202243.80 | 224268.27 |







