15 C
Baku
Friday, October 3, 2025

​“Yapı Kredi Bank”da rəsmiləşdirilən kreditə görə cinayət işi açılıb

Bakıda fəaliyyət göstərən banklardan birində rəsmiləşdirilən kreditə görə cinayət işi açılıb.

Banker.azın “Report”a istinadən verdiyi xəbərə görə , araşdırmalar nəticəsində məlum olub ki, 2014-cü ilin iyun ayında naməlum şəxs C.Cabbarlı küçəsində yerləşən “Yapı Kredi Bank Azərbaycan” QSC-də Bakı sakini 1981-ci il təvəllüdlü Pərviz Feyziyevin imzasını saxtalaşdıraraq kredit kartı və zaminlik müqaviləsi bağlayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Son xəbərlər
Digər xəbərlər