11 C
Baku
Tuesday, November 26, 2024

“PAŞA Bank” qiymətli kağızlardan ₼53 milyon faiz gəliri əldə edib

“PAŞA Bank” ASC son bir ildə ticarət və investisiya qiymətli kağızları portfelini 310.4 milyon manat ekvivalnetində və ya 16% böyüdüb.

Banker.az bunu bankın 2023-cü ilin üçüncü rübü üçün təqdim etditi maliyyə hesabatına istinad edir.

Hesabatda qeyd edilir ki, 2022-cü ilin 1 oktyabr tarixinə 1 milyard 960.2 milyon manat olan qiymətli kağızlar portfeli bir il sonra 2 milyard 270.6 milyon manata yüksəlib.

Bank cari ilin ilk 9 ayında 52.8 milyon manat həcmində faiz gəliri əldə edib. 2022-ci ilin müvafiq dövründə bankın qiymətli kağızlar portfelindən gəliri 50.1 milyon manat olduğunu nəzərə alsaq, illik 5.4 faiz artımdır.

Son xəbərlər
Digər xəbərlər