13 C
Baku
Friday, November 22, 2024

HƏMAS-ın İsrailə hücumundan sonra qızıl son 5 ayın ən yüksək səviyyəsinə çatıb

HƏMAS-ın İsrailə hücumundan sonra qızılın birja qiymətləri son 5 ayın ən yüksək səviyyəsinə çatıb. “Financial Times”ın məlumatına görə, investorlar qarşıdurmanın regionda genişmiqyaslı müharibəyə çevrilə biləcəyindən ehtiyat edirlər, ona görə də müdafiə aktivinə sərmayə qoymağa üstünlük verirlər.

Məlumata görə, cümə günü Nyu-Yorkun COMEX birjasında ticarət zamanı qiymətli metalın qiyməti pik həddində bir troy unsiyası üçün 2008.5 dollara çatıb. Ticarətin bağlanışında qızılın bir troy unsiyası 1994.4 dollara olub.

“FT” yazır ki, Uzaq Şərqdə vəziyyətin kəskinləşməsi metalın 7 ayın ən aşağı səviyyəsinə – 1820 dollara qədər geriləməsinə imkan verib. Aktivin düşməsi sentyabrın 22-dən davam edib və kotirovkalar yalnız oktyabrın 5-də artmağa başlayıb.

Qəzet qeyd edir ki, ənənəvi olaraq, investorlar qeyri-müəyyənlik dövründə qızıl alırlar və ABŞ Xəzinədarlığının gəlirləri yüksəldikdə ondan imtina edirlər, lakin qiymətli metalın son rallisi bu korrelyasiyanı pozur. Qəzet izah edir ki, real gəlirliliyin əhəmiyyətli dərəcədə artmasına baxmayaraq, qızıla Rusiyaya qarşı misli görünməmiş sanksiyaların tətbiqindən sonra dollardan asılılığını azaltmağa çalışan mərkəzi banklar tərəfindən metalın rekord səviyyədə alışı dəstəklənib.

“Macquarie Group”un əmtəə strategiyasının rəhbəri Markus Garvi “FT”yə bildirib ki, qızılın rallisi qismən metalın ucuzlaşmasına mərc edən treyderlərin mövqelərini tərk etmək məcburiyyətində qalmaları ilə izah oluna bilər.

Son xəbərlər
Digər xəbərlər