-1 C
Baku
Sunday, December 15, 2024

Toponimiya Komissiyası azad edilən ərazilərdə bir çox yer adlarının dəyişdirilməsi barədə qərar qəbul edib

Toponimiya Komissiyası azad edilən ərazilərdə bir çox yer adlarının dəyişdirilməsi barədə qərar qəbul edib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Belə ki, Milli Məclis yanında Toponimiya Komissiyasının iclası keçirilib.

Komissiyasının sədri İsa Həbibbəyli bildirib ki, gündəliyə Abşeron rayonunun inzibati ərazisində yeni salınmış yaşayış məntəqəsinə ad verilməsi barədə məsələ daxil edilib.

Komissiya sədri İsa Həbibbəyli işğaldan azad olunmuş ərazilərdə bir çox yer adlarının dəyişdirilməsi ilə əlaqədar məsələlərə Toponimiya Komissiyasında baxıldığını və müvafiq qərarların qəbul edildiyini söyləyib.

Komissiya sədri bugünkü iclasda müzakirəyə çıxarılan məsələnin mahiyyəti barədə danışaraq, Abşeron rayonunun inzibati ərazisində yeni salınmış yaşayış məntəqəsinə ad verilməsi ilə bağlı vətəndaşlardan müraciət daxil olduğunu bildirib. O, qeyd edib ki, müraciətdə bu yaşayış məntəqəsinə “Şəfəq” adının verilməsi təklif olunur.

Məsələ ətrafında aparılan müzakirələrdə Toponimiya Komissiyasının sədr müavini Sevinc Fətəliyeva, Komissiyanın üzvləri – parlamentin komitə sədri Musa Quliyev, deputat Sabir Rüstəmxanlı, Azərbaycan Milli Elmlər Akademiyasının müşaviri Möhsün Nağısoylu, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi Akif İmanlı, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi Elşad Abışov, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid çıxış ediblər.

İclasda Abşeron rayonunun inzibat ərazisində salınmış yeni yaşayış məntəqəsinin “Şəfəq” adlandırılması məqsədəmüvafiq hesab olunub.

Tədbirdə AMEA Rəyasət Heyətinin elmi katibi Coşqun Məmmədov, parlament Aparatının müvafiq şöbələrinin əməkdaşları iştirak ediblər.

743a8635 2505 3030 bc90 44d55de0ee37 a7c7e34a 58a7 3431 b8b0 a7ef8c4614ca 4b7eb7c1 3945 39d9 80b7 830fda6ed576

MənbəReport
Son xəbərlər
Digər xəbərlər