16 C
Baku
Friday, November 22, 2024

Lavrov: “Azərbaycanla Ermənistan arasında münaqişə böyük ölçüdə həll olunub”

Azərbaycan və Ermənistan arasında münaqişə böyük ölçüdə həll olunub, indi tərəflər münasibətlərin tam şəkildə normallaşması üçün növbəti əməli addımlar atmalıdır.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehranda “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) keçirilən xarici işlər nazirlərinin görüşündən sonra jurnalistlərə bildirib.

Nazir vurğulayıb ki, heç bir maneə olmadan sülh müqaviləsi bağlanmalı, sərhədlər delimitasiya olunmalı və nəqliyyat əlaqələri qurulmalıdır.

Lavrov deyib ki, Moskva Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasına faktiki kömək etməyə hazırdır:

“Bütün ekspertlər yaxşı bilirlər ki, delimitasiya ilə bağlı müzakirə və razılıq əldə etmək üçün lazım olan hər şey, ilk növbədə, sovet dövründən qalan xəritələr Rusiyadadır. Tərəfdaşlar bunu başa düşürlər. Biz çalışmırıq ki, bundan böyük problem yaradaq”.

Son xəbərlər
Digər xəbərlər