Əhalinin banklarda olan əmanətləri sığortalanıbsa, onlar üçün hər hansı təhlükə yoxdur.
Banker.azın ANS TV-yə istinadən verdiyi məlumata görə, bunu Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoruAzad Cavadov bildirib. Bir müddətdir mətbuatda Fondun nizamnamə kapitalının əhalinin əmanətlərini qaytarmaq üçün yetərli olmaması haqqında fikirlərin əsassız adlandıran qurum rəhbəri, lazım gələrsə, dövlətdən vəsait cəlb oluna biləcəyini dedi.
“Qanunda göstərilib ki, əgər fondun vəsaiti çatmasa, onda bazardan pul əldə etmək üçün qiymətli kağızlar buraxa bilər. Əgər bazardan da pul cəlb edə bilməsə, Mərkəzi Bankdan və ya dövlətdən borc ala bilər”, deyə Azad Cavadov bildirib.
[su_youtube url=”https://www.youtube.com/watch?v=dgkeJBiyPF0″]