Banker.azın bankın maliyyə göstəricilərinə istinadən verdiyi məlumata görə, Bank 10-cu ayın nəticələrinə görə artıq mənfəətə çıxıb. Belə ki, NBC bank oktyabr ayını 476 min manat mənfəətlə başa vurub.
Qeyd olunan dövrə bankın aktivlərinin həcmi 152 mln. manat , öhdəlikləri isə 100.7 mln. manat təşkil edib.
NBC Bankın bu dövr üçün vaxtı keçmiş kreditlər üzrə göstəriciləri 8 mln. manata bərabərdir. Bu kredit portfelinin təxminən 6.37% təşkil edir.