10 C
Baku
Friday, December 13, 2024

Fermerlər üçün vergi güzəştlərinin müddəti uzadılır

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirlər daha 3 il müddətinə vergidən azad ediləcək.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”ndə əksini tapıb.

Layihəyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri mənfəət 2014-cü il yanvarın 1-dən 13 il müddətinə vergidən azad ediləcək. Qüvvədə olan Məcəlləyə əsasən, bu müddət 2014-cü il yanvarın 1-dən 10 il müddətinə nəzərdə tutulub.

Həmçinin layihəyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyət üzrə satışdan kənar gəlirləri, kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar hüquqi şəxslərə dövlət büdcəsi hesabına verilən subsidiyalar, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) rezident hüquqi şəxslərin bu sahə üzrə dividend gəlirləri 2023-cü il yanvarın 1-dən 4 il müddətinə vergidən azad olacaq.

Hazırda qüvvədə olan Məcəllədə bu müddət 2023-cü il yanvarın 1-dən 1 il nəzərdə tutulub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər