12 C
Baku
Monday, November 25, 2024

Azərbaycanda əmtəəlik qaz hasilatının pik həddə çatacağı vaxt açıqlanıb

Azərbaycanda əmtəəlik qaz hasilatı 2025-ci ildə pik həddə çatacaq.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, 2024-2027-ci illərdə neft-qazı sahəsində gəlirlər 1.7% azalacaq.

“ÜDM-in artım tempi 2024-cü ildə baza ssenarisində 2.4% və ya 118.4 mlrd. manat gözlənilir. Baza ssenarisi ilə müqayisədə optimist ssenaridə real artım 3.3 faiz (0.9 faiz-bənd çox) və ya 128.7 mlrd. manat (10.3 mlrd. manat çox), pessimist ssenaridə isə real artım -0.1 faiz (2.5 faiz-bənd az) və ya 103.0 mlrd. manat (15.4 mlrd. manat az) təşkil edəcək. qiymət artımına təsir edən xarici və daxili amillər, o cümlədən qlobal bazarda qiymətlərin aşağı düşəcəyi proqnozlaşdırılır. Ölkədə dayanıqlı inkişaf üçün formalaşmış təməllər, ərazilərimizin işğaldan azad olunması ilə yaradılan yeni reallıqlar uzun müddət Azərbaycan iqtisadiyyatında inkişafın olacağını deməyə əsas verir. Dövlət müəssisələrində aparılan islahatlar, rəqabət mühitinin gücləndirilməsi iqtisadi artımın sürətlənməsi üçün əlavə fürsətlər açır. Ölkə başçısının son 20 il ərzində xalqımızın rifahı üçün zəhməti buna böyük töhfə verəcək”, – Mikayıl Cabbarov qeyd edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər