16 C
Baku
Friday, October 18, 2024

Ləğv prosesində olan “Muğan Bank” ASC-yə borc öhdəliyi olan hüquqi və fiziki şəxslərin nəzərinə!

Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-3(103)-54/2023 saylı qərarı ilə “Muğan Bank” ASC müflis elan edilmiş və iflas proseduruna başlanmışdır. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu “Muğan Bank” ASC-nin ləğvedicisi təyin edilmişdir.

Bununla əlaqədar olaraq, Əmanətlərin Sığortalanması Fondu müflis elan edilmiş “Muğan Bank” ASC qarşısında borc öhdəliyi (kreditləri) olan hüquqi və fiziki şəxslərin nəzərinə çatdırır ki, kredit ödənişlərini köçürmə yolu ilə ləğv prosesində olan (LPO) “Muğan Bank” ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankında açılmış xüsusi ləğvetmə hesabları vasitəsilə, nağd qaydada isə LPO “Muğan Bank” ASC-nin baş ofisində, “e-Manat” və “mpay” ödəniş terminalları vasitəsilə həyata keçirə bilərlər.

Azərbaycan Respublikası Mərkəzi Bankında açılmış xüsusi ləğvetmə bank hesabların rekvizitləri:

LPO “Muğan Bank” ASC, VÖEN 1400122681
Mərkəzi Bank, VÖEN 9900071001
SWIFT.BIK (AZN) NABZAZ2C
SWIFT.BIK (xarici valyuta) NABZAZ2X
Kod 501004
Müxbir hesab AZN AZ74NABZ01451700000000001944
Hesablaşma hesabı AZN AZ92NABZ01350100000000065944
Müxbir hesab EUR AZ58NABZ01452800000000007954
Hesablaşma hesabı EUR AZ40NABZ01350200000000065954
Müxbir hesab USD AZ51NABZ01452800000000015840
Hesablaşma hesabı USD AZ77NABZ01350200000000066840

 

Qeyd edək ki, LPO “Muğan Bank” ASC-yə borc öhdəliyi olan şəxslər borclarının ödənilməsinə dair əlavə məlumat əldə etmək üçün aşağıdakı ünvana müraciət edə bilərlər:

Ləğv prosesində olan “Muğan Bank” ASC–nin Baş ofisi.

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 21B. AZ1052

Əlaqə: (+994) 941.

Son xəbərlər
Digər xəbərlər