“Ermənistanın Rusiya ilə münasibətlərində müəyyən problemlər var. Bir çox məsələlər Ermənistanı qane etmir və böyük ehtimalla Rusiyada da vəziyyət eynidir”.
Bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan parlamentin iclasında deyib.
“İrəvan Moskva ilə problemləri konstruktiv şəkildə həll etmək əzmindədir. Əminik ki, rusiyalı tərəfdaşlarımızı təəccübləndirən məsələlər müxtəlif media qurumlarının həyata keçirdikləri siyasətin nəticəsidir. Bizim problemləri konstruktiv şəraitdə başa düşmək, həll etmək və dostluq, əməkdaşlıq ruhunda irəliləməkdən başqa mövqeyimiz yoxdur”, – A.Mirzoyan əlavə edib.
Nazirin sözlərinə görə, bu proses təkcə bir tərəfdən asılı deyil: “Buna baxmayaraq, Ermənistan Rusiya ilə münasibətləri inkişaf etdirməyə davam edəcək”.