10 C
Baku
Saturday, December 21, 2024

Xidmət rəisi: Ötən il dövlət satınalmalarına 6.8 mlrd. manat vəsait xərclənib

Ötən il dövlət qurumlarının fəaliyyətinin təmin olunması üzrə dövlət satınalmalarına büdcədən 6.8 mlrd. manat vəsait xərclənib.

Bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib.

O bildirib ki, dövlət satınalmaları ayrılan vəsaitin böyüklüyünü nəzərə alaraq bunu sahibkarlığın inkişafına dəstək mexanizminə çevirə bilərik.

“Əgər şəffaflıq təmin edilərsə, dövlət satınalmalarına ayırılan vəsaitlərdən effektiv istifadə etmək mümkündür. Bizim məqsədimiz bu vəsaitdən multipikilativ effekt yaratmaq bacarığının olmasıdır.

Sahibkar ən önəmli məsələ biznesdə oyun qaydalarının aydın və dəyişməz olmasıdır. Çünki o da fəaliyyətini bunun üzərində qurur. Dövlət satınalmaları fondunun bu istiqamətdə fəaliyyətini şəffaf, peşəkar, nəticəyönümlü təmin edə biləcəyiksə, bu sahibkarlığın inkişafına təkan verəcək”, – deyə Xidmət rəisi əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər