Bu ilin yanvar-sentyabr aylarında Pirallahı Sənaye Parkında 12.3 milyon manatlıq məhsul istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 53.6% çoxdur.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, indiyə qədər isə Parkda 42 milyon manatlıq məhsul istehsal olunub.
Nazir qeyd edib ki, bu günə qədər rezidentlər Parka 37 milyon manat investisiya yatırıb, 130-dan çox daimi iş yeri yaradılıb: “Daha 30 milyon manat investisiyanın qoyulması, 250-dən çox iş yerinin yaradılması nəzərdə tutulur”.