12 C
Baku
Wednesday, December 11, 2024

Dövlət Sosial Müdafiə Fondu 472 milyon manat gəlir açıqladı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin on ayında proqnozla müqayisədə 9 faiz və ya 472 milyon manat çox olmaqla 5 milyard 577 milyon manat təşkil edib.

DSMF-dən “Banker.az”a bildirilib ki, Fondun gəlirlərinin tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları yanvar-oktyabr aylarında proqnozla müqayisədə 9 faiz və ya 350 milyon manat artaraq 4 milyard 221 milyon manat olub.

Cari ilin on ayında DSMF-nin xərcləri 5 milyard 51 milyon manat təşkil edib. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 16 faiz və ya 688 milyon manat çoxdur.

Son xəbərlər
Digər xəbərlər