14 C
Baku
Saturday, November 23, 2024

Zəmanə sahibkarı nələri bilməlidir ?

Zəmanə elə gətirib ki, biznes fəaliyyətinə maraq daha çox artıb. Gözünü açandan biznesin içində olanlar pis yaxşı biznes təcrübəsini keçib və nəyi harada, nə zaman etməli olduğunu bilir. İlk dəfə biznes qurmaq istəyən və mövcud biznesini ayaqda saxlayıb inkişaf etdirmək istəyənlər də həmişə olacaq. Yaxşı, biz biznes idarəçiliyi haqqında nə bilirik ?

Bu mövzuda yazılmış minlərlə kitablar var, hətta biznes idarəçiliyi təhsilini verən təhsil ocaqları da var. Biznes idarəçiliyi bir elmdir ancaq bu elmə necə deyərlər barmaq arası baxanlar da az deyil. 13 illik iş təcrübəmdə kor koranə biznes idarə edən çox adam görmüşəm . Bu məqalədə idarə etmənin məhz maliyyə və mühasibatlıq hissəsinə toxunacam. Düzgün maliyyə və mühasibatlıq sisteminin və sahibkarın yetərli biliklərinin olmaması ciddi itkilərə gətirib çıxarır.  Bu məqalədə tipik azərbaycanlı sahibkarın (xüsusi ilə mikro və kiçik seqment) düzgün maliyyə və hesabatlılıq sistemi qurmaqla, ənənəvi onu narahat edən suallara necə rahat cavab tapa biləcəyini sual cavab metodu ilə aydınlatmağa çalışacam. Məqsəd sahibkarlarımızın maliyyə savadının arıtırılması və biznes idarə etməsində onlara töhvə (tövsiyyə xarakterli) verilməsidir.

Adətən sahibkarları loru dildə desək aşağıdakı suallar maraqlandırır. Suallara verilən cavablar bazardakı tendensiya, fəaliyyət sahəsi, biznesin spesifikasiyası və sair səbəblərdən fərqli ola bilər ancaq hər bir halda benchmark (bazardakı bənzər bizneslərin) məlumatları daim qarşılaşdırılmalıdır.

  1. Rayonda ata evimizi təmir etdirəcəm, haçan pul çıxarsam yaxşı olar? və ya haçan pul çıxarmalı deyiləm ?

Cvb: bunun üçün “nağd pul axınının proqnozu” adlı hesabat var və pul çatışmazlığı olsun istəmirsinizsə aylar üzrə hər ayın sonunda nə qədər pul qalacağına diqqət etmək lazimdir. 

  1. Görəsən nə qədar aylıq ödənişi olan kredit götürüm ?

Cvb: Aylıq ödəniş aylıq qazancının (bölüşdürülməmiş mənfəət) 70% ni keçməsə yaxşıdır. Hesablanması = (yeni + digər kreditlərinin aylığı )/ (bölüşdürülməmiş mənffət+faiz ödənişləri)

Başqa necə hesablamaq olar ?

Cvb: biznes əməliyyatlarında gələn pul axını+ faiz xərcləri / kreditlərin aylıq ödənişləri  1.5-dən çox olsa yaxşıdır.

  1. Biznesimin gücünə uyğun aylıq nə qədər faizə pul ödəsəm yaxşıdır ?

Cvb: vergi və faiz ödəmədən əvvəldə qalan qazancının (EBİT) 25%-indən çox faiz ödəmə. Faizi bağlama əmsalı <= EBİT/4

  1. Hər gün banklar təklif edirlər, görəsən minimal hansı faizlə kredit almaliyam ki, faydası olsun?

Cvb: ROA (əmsalı  aktivlərin rentabelliyi) əmsalından çox olmayan faizlə. Yəni ki, biznesin xalis mənfəətinin aktivlərə olan nisbəti kreditin faizindən çox olmalıdır ki, kreditin faydası olsun. Təsəvvür elə, bir ilə qazandığın pulla malının üstünə 5 AZN pul qoya bilirsən ancaq kreditin faizi 6 manat olub.

  1. Hansı göstərici daha yüksək olsa daha çox kredit ala bilərəm ?

 Cvb: Məsələn: EBIT əmsalı (EBİTDA-amortizasiya xərcləri) / Satış. Faiz çox ödənilən zaman vergi məbləği də çox olur, odur ki, faiz və vergidən əvvələ qədər qazandığınız pula baxın, deməli həmin məbləğə uyğun faiz məbləğini təyin etmək daha məntiqlidir. Banklar da EBİT məbləğinin satışdakı payına əsasən biznesin gücünü daha yaxşı təyin edə bildikləri üçün həmin əmsala diqqət edirlər.

  1. Mən də 5 AZN qazanıram, başqası da. Banklar necə fərq qoyurlar ki ?

Cvb: EBITDA əmsalı ilə (Satış-Maya-birbaşa xərclər)/Satış – satış əməliyyatı tam başa çatandan sonra qalan təmiz qazancı müqaisə edirlər adətən. Sonuncu xalis gəlirdə kreditlərin faizi, vergi və sair nəzərə alınır. EBİTDA əmsalı satışın hansı hissəsinin biznesin gəliri olduğunu göstərir, nə qədər çox olsa o qədər yaxşıdır.

  1. Gəlirdən başqa biznesdə nəyə baxırlar ? aylıq ödənişi bildim, bəs hansı məbləğdən çox pul götürməsəm yaxşıdır?

Cvb: Leverege əmsalı –  cəmi öhdəliklər/cəmi aktivlər . Tövsiyyə odur ki, ümumi borcun , aktivlərdən 2 dəfə az olsun.

  1. Banklar mənim mal satana pulu hansı intervalda ödədiyimə baxırlar ?

Cvb:  Bəli, kreditor borclarının dövr etmə əmsalı ilə – yəni müəyyən intervalin əvvəli və sonundaki borcun ortaq rəqəmini həmin dövrdə satılan malın mayasına bölürük və dövrdəki günlərin sayına vururuq. Borcunu tez-tez qaytarmaq adətən yaxşı əlamətdir amma gərək nisyə mal olmayacağı gün üçün özünə rezerv pul yeri saxlayasan. Məsələn bankdan kredit xətti alıb açıq saxlaya bilərsən. 

  1. 2-3 ay sonra bağlamalı olan mal borcunu ödəyə biləcəyimi banklar necə qiymətləndirir ki?

Cvb: likvidlik əmsallarına – (dövriyyə vəsaitləri/qısa müddətli borclar ) baxılır. Ən qısa vaxtda ödənilməli olan borc kassdakı/h pul ilə, bir də alacaqlar alındıqdan sonra bağlana bilər (cari və ani likvidlik əmsalları). Ancaq ola bilər ki, pul çatmasa maldan da satış olsun. Likvidlik əmsal 1 dən kiçik olmasa yaxşıdır. Birdən kiçik olması birmənalı pis deyil ancaq mütləq digər əmsallara baxmaq lazimdir.

  1. Qısa müddətli borcu bağlamaq üçün nə qədər mal satmalıyam, necə təyin edə bilərəm ?

Cvb: banklar buna % olaraq baxır. (qısa müd. öhdəliklər- nağd pul- mal qalığı )/mal qalığı- yəni kasadakı pul alacaqlar hamısı qayıtsa maldan neçə faiz əritməlisən.

  1. Hansı rəqəmdən kassadakı orta qalıq pulun biznes üçün artıq olub-olmamasını bilmək olar ?

Cvb: ani likvidlik əmsalı- nağd pul / qısa müddətli öhdəlik 0.2 dən qat qat çox olmasa yaxşıdır. Əks təqdirdə kassada izafi istifadə olunmayan pul kütləsinin qalması deməkdir.

  1. Biznesimdə hansı göstəricilər gözləntilərə uyğun deyil necə bilmək olar ?

Cvb: hesabatların şaquli təhlil metodu ilə bunu aydınlaşdırmaq olar. Balansda aktivlər hissəsində dövriyyə malı yaxşı olar ki, 60% paya sahib olsun və ya şəxsi kapital passivlərin 50%-dən çox olsun. Mənfəət və zərər hesabatında da maddələrin satışa ola nisbətinə baxıla bilər. Məsələn: daşınma xərclərii satışın neçə faizidir. Bir sözlə hər bir maddənin müvafiq əsas göstəricidəki payına baxmaq və müqaisə etmək lazimdir.

  1. 3 il ərzində nə baş verib ? keçən ildən bu ilə nələr dəyişib necə baxmaq olar ?

Cvb: trend analizi ilə 3 il əvvəlki rəqəmlərə uyğun hər il həmin maddələr üzrə faiz dəyişimi nə olub baxa bilərik. Hesabatlarda üfiqi təhlil metodu ilə isə hər bəndin əvvəlki ilə nisbətdə neçə faiz artıb azalmasını izləmək asandır. Həmçinin şəxsi kapitalın keçən ilə nisbətdə dəyişikliyini yoxlamaq da olar. Şk2=Şk1+bölüşdürülməmiş mənfəət- dividentlər  

  1. Yenə pandemiya və ya devalvasiya olsa biznesimdə nə baş verəcəyini proqnozlaşdırmaq olar ?

Cvb: əlbəttə, bunun üçün faktor təhlil metodları və ssenarilər mövcuddur. Yerli, beynəlxalq statistik datalar, etibarlı qurumların proqnozları və sair məlumatlarla baş vermə halında satışlar, alıcılıq qabiliyyəti , tələblər və sairin təsiri ölçülə bilər. 

  1. Biznesdə nə qədər özümə məxsus ölülük dirilik pulum olsa rahat yataram ?

Cvb: şəxsi kapitalın qədər öhdəliyin olsa rahat olarsan. Buna kapital yetərliliyi əmsalından da baxmaq olar. cəmi öhdəliklər/şəxsi kapital>=1. Bir də avadanlığa görə olan borcunu tez ödəməlisən. Əsas vəsaitlər/(uzun müd. öhdəlik+kapital)<1 olsa yaxşıdır.

  1. Əmioğluya pul vermişəm ki, özünə gün ağlasın 3 aydan da mənə aylıq pul versin. 6 ay keçib mühasibim yazıb rəqəmləri gətirib əsas nəyə baxmaliyam ?

Cvb: ROE (kapital yetərliliyi) – xalis mənfəət / kapital. Yəni ən sonda sənə qalan pulun ilkin yatırdığın pula nə kimi xeyri var. Hələ tezdir ancaq nəticə 10% dən azdırsa, pulunu banka qoysan eyni mənfəəti qazana bilərsən.

  1. Demişdim biraz nisyə buraxın malı, görəsən vaxtında qaytarırlar?

Cvb: nisyələrin dövr etmə sürətinə baxmaq olar , (cari nisyə+3ay əvvəlki nisyə)/2/ üç ayın satışı*90 gün. Rəqəm nə qədər az olsa demək o qədər tez qayıdır pullar.

  1. Hər həftə Türkiyədən mal gəlir amma nisyələr artır. Nisyə çox satmaq istəmirəm, satmayanda da alver olmur. Pul nə qədər müddətə qayitsa sərfəlidir ?

Cvb: Effektivlik müddətinə baxmaq lazimdir = debitorlarin orta qayitma müd.+mal qalığının orta dövr etmə müddəti . Effektivlik müddətindən kredit borc dövr etmə müddəti çıxsan pulun nə qədər vaxtdan yerinə qayıtdığını tapa bilərsən. İndi özün bax sənə sərf edirmi? 

  1. Ordaki malı satıb qurtarmağa nə qədər müddət lazim olar ?

Cvb: Mal qalığının dövr etmə sürətinə baxmaq lazimdir = (cari mal+sezonun əvvəlindəki mal)/2/ sezonda satılan malın mayası*dövr müddəti (gün).  Günün az olması yaxşıdır. Amma ola bilər az malla iş aparır, buna da diqqət elə. 

  1. Pul günü gündən dəyərdən düşür. Depozit qoyduğum pul var onu çıxarım, üstünə də bankdan biraz kredit götürüb iş görmək istəsəm. Yatırım elədiyim pulun üstündə neçə faiz qazanmalıyam ki, işə başlamağın mənası olsun.

Cvb: WACC (Weighted Average Cost of Capital) – bankdakı pul/layihənin dəyəri*əmanətin faizi+alınacaq kredit/layihənin dəyəri*kreditin faizi=minimal orta rentabellik faizi. Layihənin rentabelliyi (xalis gəlir/gözlənilən satış həcmi) bu faizdən daha çox olmaldır əlbəttə. ARR (Average Rate of Return) = orta rentabellik faizi- illik gəlir/ ümumi layihə kimi də hesablana bilər. Həmçinin pulun zaman dəyəri dəyişdiyi üçün gələcəkdə qazanılacaq pulların indiki dəyəri tapılıb , ilkin vəsait qoyuluşu çıxılaraq layihənin effektiv olub-olmaması dəqiqlədirilə bilər , buna NPV (net present value) deyilir. Yəni mənim pulumun gələcək dəyəri daha aşağı olacaq indiki 1 AZN bir il sonranın 1 AZNi ilə eyni deyil. Pulun dəyər itirilməsi də öz növbəsində nəzərə alınmalıdır. NPV 0(sıfır)-dan azıdırsa həmin layihəyə yatırım etməyin mənası yoxdur

  1. Layihə özünü nə qədər vaxta ödəyəcək , bunu necə hesablamalıyıq ?

Cvb: Payback period= Layihənin dəyəri/aylıq xalis mənfəət nəticə sizə ay olaraq geri dönəcək.

  1. Bugünün sabahını bilmək olmaz, bir aya hesabalayıb bilmək olar, gəlirə çıxacam ya yox ?

Cvb: Üsul var əslində, Sabit xərc/(Satış – Birbaşa xərc)) * Satış. Alınan rəqəmə həm də zərərsizlik nöqtəsi deyirlər. Yəni satışın bu məbləğində artıq zərər etməyəcən.

  1. Bir ay ərzində nə qədər mal istehsal edib satmalıyam ki, zərərə getməyim ?

Cvb: Daimi xərclər / (satılacaq məhsulun bir ədədinin qiyməti-həmin məhsula çəkilən xərc)= zərərsizlik nöqtəsi (ədəd). Biznes prosesdə bir ədəd məhsulun hansı müddətə ərsəyə gəldiyini və satıldığı başdan sonadək izləməklə ümumi vaxtı təyin edə bilərsən. Ümid edirəm, bir həftədən çox olmaz.

İşlərinizdə uğurlar.

Müəllif: Ramal Əhmədov

Son xəbərlər
Digər xəbərlər