13 C
Baku
Sunday, November 24, 2024

Palata sədri: dövlət sektorundakı maliyyə hesabatlarında problemlər var

“Dövlət sektorunun təşkilatları üzrə maliyyə hesabatlarının müvafiq çərçivələrə uyğun tərtibi üçün görülən işlər gücləndirilməlidir”.

Banker.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2024-cü ilin dövlət büdcəsinin layihəsi ilə bağlı Milli Məclisin plenar iclasında çıxışı zamanı deyir.

Palata sədri deyir ki, qurum səviyyəsində konsolidə edilmiş maliyyə hesabatları üzrə ilk dəfə apardıqları auditlər bu sahədə problemlərin olduğunu göstərir.

“Problemlər həm hüquqi bazadan, həm də peşəkar potensial boşluqların olmasından irəli gəlir”. 

Sədr deyir ki, bu baxımdan, “müvafiq hüquqi bazanın təkmilləşdirilməsi, mühasibat uçotunun, eləcə də maliyyə hesabatlılığının unifikasiyasını və cari monitorinqini təmin edəcək rəqəmsallaşma proseslərinin sürətləndirilməsi, həmçinin dövlət qurumlarında daxili audit funksiyasının yaradılması və inkişaf etdirilməsi üzrə tədbirlərin gücləndirilməsini məqsədəuyğun hesab edirik”.

 

Son xəbərlər
Digər xəbərlər