Oktyabrda ABŞ hökumətinin büdcə kəsiri 87.798 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni ayındakı göstəricinin (165.055 milyard dollar) demək olar ki, yarısıdır, ölkənin Maliyyə Nazirliyi bildirir.
Büdcə gəlirləri bir il əvvəlki 283.927 milyard dollarla müqayisədə 12.2% artaraq 318.576 milyard dollara çatıb.
Xərclər 9.5% azalaraq 448.983 milyard dollardan 406.374 milyard dollara düşüb. Bu arada, dövlət borcu üzrə faiz ödənişləri ötən ilin oktyabrında 18.9 milyard dollardan 47.6 milyard dollara yüksəlib.
Təqvim amilini nəzərə alsaq (oktyabrın 1-i qeyri-iş gününə təsadüf edib və bu, bir sıra ödənişlərin yerdəyişməsinə səbəb olub) bir il əvvəlki 157 milyard dollarla müqayisədə kəsir 149 milyard dollar təşkil edib.
Qeyd edək ki, oktyabr ABŞ-ın maliyyə ilinin ilk ayıdır.
Sentyabrın 30-da başa çatan 2022-ci maliyyə ilinin sonunda ABŞ dövlət büdcəsinin mənfi saldosu iki dəfə azalaraq 1 trilyon 375 milyard dollar təşkil edib.
2020-ci maliyyə ilinin sonunda 3.1 trilyon dollarlıq rekord kəsir qeydə alınıb. Büdcə profisiti sonuncu dəfə 2001-ci maliyyə ilində qeydə alınıb.