6 C
Baku
Sunday, December 15, 2024

“Meqa Sığorta” növbədənkənar ümumi yığıncaq çağırdı

“Meqa Sığorta”da növbədənkənar ümumi yığıncaq keçiriləcək.

Banker.az xəbər verir ki, 26 dekabr 2023-cü il tarixdə, saat 11:00-da Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli 19A ünvanında yerləşən Cəmiyyətin Baş ofisində “Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

Xatırladaq ki, “Meqa Sığorta” 1998-ci ildən fəaliyyət göstərən BE&G sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır. Şirkətin səhmlərinin 19 %-i Rauf Əliyevə (“Rabitəbank” ASC-nin 30 %-lik səhmdarı), 19 %-i Nəzakət İsmayılovaya, 19 %-i Zaur Quliyevə, 14 %-i Yaşar Qurbanova (Direktorlar Şurasının sədri), 10 %-i Zeynal Əliyevə, 10 %-i Faiq Şahəliyevə, 9 %-i isə Yaşar Əliyevə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər