Fransada yoxsulluq həddində yaşayan insanların sayı 2021-ci ildə COVID-19 pandemiyasından sonra 500 mindən çox artıb.
Bu barədə Fransa Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutunun hesabatında deyilir.
Hesabata görə, 2021-ci ildə 9.1 milyon insan yoxsulluq həddində yaşayıb. 2020-ci ildə bu rəqəm 8.5, pandemiyadan əvvəl 2019-cu ildə isə 8.9 milyon nəfər olub.
İşsizlər arasında yoxsulluq həddində olanların xüsusi çəkisi 2021-ci ildə 1.9 faiz artaraq 35.1%-ə çatıb, məşğul olanlar arasında isə vətəndaşların 7.4%-i yoxsul hesab edilib.