Ermənistan gələn ilin 1 fevral tarixindən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) tamhüquqlu üzvü olacaq.
Bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Qeyd edək ki, 14 noyabrda İrəvan Roma Statutunun ratifikasiyasını təsdiq edən sənədləri BMT-yə təhvil verib.
Xatırladaq ki, ötən ayın əvvəlində Ermənistanda Putinin həbsinə əsas verən Roma Statutu ratifikasiya edilib.
2004-cü ilin avqustunda Konstitusiya Məhkəməsi Roma Statutunun o dövrdə qüvvədə olan Ermənistan Konstitusiyaya zidd olduğunu bildirib. 2005 və 2015-ci ilin dekabrında Əsas Qanunda islahatlar aparılıb və 2020-ci il müharibəsindən sonra Ermənistanın Roma Statutunun qəbul etməsi gündəmə gəlib. Kreml isə Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinə qarşı “qeyri-qanuni göstərişləri” fonunda İrəvanın Roma Statutuna qoşulmaq planlarını qəbuledilməz hesab edir. Ermənistan rəsmiləri isə bəyan edirlər ki, ratifikasiya Rusiyaya qarşı yönəlməyib və İrəvan mövcud vəziyyətlə bağlı Moskvaya müvafiq təkliflər göndərib.