Böyük Britaniya hökuməti iqtisadi artımı stimullaşdırmaq və enerji təhlükəsizliyini təmin etmək üçün əsas sənayelərə 4.5 milyard funt sterlinq (5.6 milyard dollar) sərmayə qoyacaq.
Bu barədə Birləşmiş Krallığın Maliyyə Nazirliyi bildirib.
Dövlət investisiyaları beş il ərzində (2025-ci ildən) həyata keçiriləcək. Avtomobil sənayesinə 2 milyard funt sterlinq (2.5 milyard dollar), aerokosmik sənayeyə 975 milyon funt sterlinq (1,2 milyard dollar) sərmayə qoyulacaq. Nazirlər Kabineti yaşıl enerji sahəsində innovativ layihələri dəstəkləmək üçün 960 milyon funt sterlinq (1,195 milyard dollar) ayırmağı nəzərdə tutur. Nüvə, hidrogen və külək enerjisinə, karbon tutma və saxlama texnologiyalarının inkişafına, həmçinin enerji şəbəkələrinin təkmilləşdirilməsinə üstünlük veriləcək.