Türkiyənin aparıcı biofarmasevtika və tənəffüs preparatları istehsalçılarından biri olan “Arven İlaç Sanayi ve Ticaret A.Ş.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi fəaliyyətinə xitam verilərək ləğv olunduğunu elan edib.
Banker.az xəbər verir ki, şirkətin ləğv prosesi ilə bağlı kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi, ev 1D, mənzil 50 (AZ1052) ünvanına təqdim edə bilərlər.
Xatırladaq ki, şirkətin qanuni təmsilçisi Valeh Əbilovdur.







