Azərbaycan 2023-cü ilin ilk 10 ayında Almaniyaya xam neft ixracını 76 faiz artırıb.
Banker.az bunu Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Bildirilir ki, 2023-cü ilin yanvar-oktyabr ayları ərzində Almaniyaya 933.4 min ton həcmində xam neft satılıb. Bunun statistik dəyəri isə $596.32 milyon təşkil edib.
Almaniyaya satılan xam neftin bir tonu 2022-ci ildə orta hesabla $715.9 olduğu halda, 2023-cü ildə $638.9 olub.