Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 652.2 min manatdan çox vəsait qaytarılıb.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, bunun 98.9 min manatı oktyabr ayının payına düşüb ki, bu da yanvar ayı ilə müqayisədə 4.7 dəfə çoxdur.
Bu il noyabrın 1-nə muxtar respublikada 2 212 ədəd yeni nəsil nəzarət kassa aparatı quraşdırılıb. 10 ay ərzində belə aparatlarla qeydə alınan dövriyyə 175.7 milyon manatdan çox olub.