6 C
Baku
Sunday, December 15, 2024

Əli Əsədov kommunal ödənişlərlə bağlı qərar imzaladı

Nazirlər Kabineti “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulma xidmətinə görə ödənişin hesablanmasına dair metodologiya”nı təsdiq edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Hökumət başçısının imza atdığı digər qərarla isə “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin hesablanmasına dair metodologiya” təsdiqlənib.

Metodologiyalara əsasən, hər iki qoşulma xidmətinə görə ödənişin məbləğini Tarif (Qiymət) Şurası müəyyən edəcək.

Son xəbərlər
Digər xəbərlər