12 C
Baku
Wednesday, December 11, 2024

“Bir milyon yarımlıq malım qısa zamanda kül oldu”

“Qısa müddətdə bir milyon yarımlıq malım qısa zamanda kül oldu”.

Bunu Bakıda inşaat materialları bazarında baş verən yanğından zərər çəkən sahibkar Əmrah Cəfərov deyib.

Onun sözlərinə görə, yanğın başladıqdan qısa zaman sonra küləyə görə güclənib: “Bir anın içində alov gücləndi. Yanğınsöndürənlər tez gəlsə də, güclü külək yanğını daha da şiddətləndirdi. Qısa müddətdə bir milyon yarımlıq əmlakım qısa zamanda kül oldu. Dünən axşam bir vaqon mal gətirmişdim, onlar da kül oldu. Obyektim 800 kvadrat metrə yaxın idi. Obyektlərimin sığortası var. Yəqin istintaqla müəyyənləşdirəcək ki, kimdir günahkar, bizim də hüquqlarımız təmin olunacaq. Burada mühafizə güclüdür, qəsdən yandırılması ilə bağlı iddialar barədə nəsə deyə bilmərəm”

Digər sahibkar İntiqam Kərimov isə bildirib ki, yanğın zamanı 140 min manat ziyana düşüb: “Bilmirik yanğın nə ilə əlaqədardır. Gələndə gördük ki, hər yer yanır. Hər şey kül olub. Sığorta ilə bağlı müaricət etməmişik. Ümumiyyətlə, sığorta ilə bağlı heç kim bizə məlumat verməyib. Mənim obyektim təqribən 300-400 kvadrat metri əhatə edir, 140-150 min civarında ziyan dəyib”.

Qeyd edək ki, bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər