6 C
Baku
Thursday, February 13, 2025

Hindistan fond bazarının dəyəri tarixdə ilk dəfə 4 trln. dollara çatıb

“Bloomberg”in hesablamalarına görə, Hindistan fond bazarının dəyəri tarixdə ilk dəfə olaraq 4 trilyon dollara çatıb. Təkcə son üç il ərzində Hindistan şirkətlərinin ümumi kapitallaşması ümumilikdə 1 trilyon dollar artıb. İndi Hindistan öz fond bazarının kapitallaşmasına görə dünyada ABŞ, Çin, Yaponiya və Honq-Konqdan sonra beşinci yerdədir.

Təkcə bu il Hindistanın ictimai şirkətlərinin, xüsusən də texnologiya və enerji sektorlarında ümumi bazar dəyəri 13% artdığı halda, dördüncü yerdə olan Honq-Konqun birja kapitallaşması bu il 17% azalaraq 4.7 trilyon dollara düşüb və Hindistanı dördüncü yerə yaxınlaşdırıb.

İlin əvvəlindən bəri xarici investorlar Hindistanın səhmlərinə təxminən 15 milyard dollar xərcləyib, yerli investisiya fondlarından daha 20 milyard dollar vəsait daxil olub. Bazarlar ölkənin potensialını əks etdirən müsbət impuls göstərdiyi üçün Hindistan istehlak iqtisadiyyatından investisiya və istehlaka əsaslanan iqtisadiyyata keçir.

Son xəbərlər
Digər xəbərlər