10 C
Baku
Saturday, November 23, 2024

Çinin neft və təbii qaz idxalı artıb

Bu ilin yanvar-noyabr aylarında Çinin neft və təbii qaz idxalının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 12.1% və 8.5% çox olub.

Bu barədə Çinin Baş Gömrük İdarəsi məlumat yayıb.

Hesabat dövründə Çin 1 il əvvələ nisbətən 8.1% az – 307.968 milyard ABŞ dolları dəyərində 515.648 milyon ton, o cümlədən noyabrda 27.55 milyard ABŞ dollar dəyərində 42.445 milyon ton neft idxal edib. Hesabat dövründə ölkənin təbii qaz idxalı isə illik müqayisədə 8.9% az – 56.9 milyard dollar dəyərində 107.39 milyon ton, o cümlədən noyabrda 5.78 milyard dollar dəyərində 10.95 milyon ton olub.

11 ayda kömür idxalı 427.139 milyon ton (artım 62.8%) olub. Bu ölkə kömürə görə 47.79 milyard ABŞ dolları (qiymət ifadəsində – artım 24.2%) ödəyib. Noyabrda isə Çin 4.54 milyard dollara məbləğində 43.5 milyon ton kömür alıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər