Əldə olunan razılaşmalar nəticəsində Hüseyn Axundov və Aqşin Bəbirov erməni əsirliyindən azad olunacaqlar.
Bu ilin aprel ayında hər iki əsgərimiz Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda əlverişsiz hava şəraiti səbəbindən itkin düşüb.
Sonradan onlar Ermənistan tərəfindən əsir götürülüb və hərbçilərə qarşı saxta ittihamlar irəli sürülüb.