®Uşaqlarda kiçik yaşlardan pul idarə etmək vərdişi yaratmaq məqsədilə Bank BTB yeni Junior kart məhsulunu təqdim edir! Sözügedən kart məhsulunu 6 -16 yaş aralığında olan uşaqlar üçün sifariş vermək mümkündür. Kart üzərində övladınızın adının və soyadının qeyd olunmağı kartın özəlliklərindən biridir. Həmçinin kart balansındakı qalıq məbləğə illik 6% gəlirin hesablanması və hesablanmış faizlərin aylıq ödənilməsi nəzərdə tutulub.
Kartı əldə etmək üçün valideynin və övladının şəxsiyyət vəsiqəsi tələb olunur. Junior kartla övladınızı sevindirəcək, özünüz isə kart əməliyyatlarını daim nəzarətdə saxlaya biləcəksiniz.
Sifariş üçün Bankın rəsmi onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 300 09 46 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərsiniz. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.