ABŞ prezidenti Co Bayden Ukraynaya 200 milyon dollarlıq yeni hərbi yardım paketini təsdiqlədiyini bildirib.
Bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Ağ Evdə Ukrayna lideri Vladimir Zelenski ilə görüşdə Bayden Ukraynaya yardım üçün “daha 200 milyon dollar”ı təsdiq etdiyini bildirib.
Eyni zamanda o, bəyan edib ki, “ABŞ Konqresi Kiyevi dəstəkləmək üçün əlavə maliyyə ayrılması barədə razılığa gəlməlidir”.