13 C
Baku
Friday, November 22, 2024

“SpaceX” bazar dəyərini 180 mlrd. dollara çatdırmağı planlaşdırır – “Bloomberg”

“SpaceX” öz səhmlərini 97 dollar qiymətə satmağı planlaşdırır ki, bu da İlon Maskın şirkətinin təxmini dəyərinin 180 milyard dollar olması deməkdir, bu barədə “Bloomberg” yazır.

“SpaceX”in artan qiyməti investorların aparıcı kosmik nəqliyyat şirkətində və onun sürətlə böyüyən “Starlink” peyk internet xidmətində paya olan güclü tələbini göstərir. Mənbələr aydınlaşdırıb ki, tender təklifinin şərtləri və ölçüsü dəyişə bilər.

Noyabrın ortalarında “Bloomberg” yazıb ki, “SpaceX” öz “Starlink” peyk biznesinin səhmlərinin ilkin kütləvi təklifini nəzərdən keçirir. Şirkətin qurucusu milyarder İlon Mask “X” sosial şəbəkəsində bu ​​mesajı bir sözlə şərh edib: “Yalandır”.

Son xəbərlər
Digər xəbərlər