“Threads” tətbiqi artıq Avropa İttifaqı ölkələrində də mövcuddur. Sosial şəbəkənin Aİ-də yayımlanmasının gecikməsi təşkilatın qaydalarına riayət etməklə bağlı çətinliklərlə izah olunur.
Aİ sakinləri qeydiyyatdan keçmədən platformadakı məzmuna baxa biləcəklər, lakin məzmunu yerləşdirmək üçün qeydiyyatdan keçməlidirlər. “Threads” 2023-cü ilin iyul ayında 100-dən çox ölkədə işə salınıb, lakin Avropa İttifaqı ölkələrində ona daxil olmaq mümkün olmayıb.
Qeyd edək ki, “Threads” “AppStore” və “Google Play”də yükləmələrin sayına görə “X” sosial şəbəkəsini də üstələyib və hazırda yeni funksiya üzərində işləyir.