Almaniya İsveç modeli əsasında icbari hərbi xidmət sisteminə qayıtmaq imkanlarını öyrənir.
Bu açıqlama ilə Almaniyanın müdafiə naziri Boris Pistorius çıxış edib.
Eyni zamanda, o, əlavə edib ki, istənilən oxşar qərarı həyata keçirmək yalnız siyasi çoxluğun dəstəyi nəticəsində mümkündür.
Almaniyada məcburi hərbi xidmət 2011-ci ilin iyulunda ləğv edilib, bundan sonra Bundesver peşəkar orduya keçib.
Bu ilin yanvarında müdafiə naziri təyin edilən Boris Pistorius icbari hərbi xidmətin ləğvini səhv qərar adlandırıb, lakin bunu tez bir zamanda düzəltmək mümkün olmadığını da etiraf edib.