“Azersun Holding” MMC-nin törəmə şirkəti olan “Azərbaycan Duz İstehsalat Birliyi” QSC-nin İdarə heyətinin sədri dəyişib.
Banker.az xəbər verir ki, şirkətə Natiq Məmmədov Sabir oğlu sədr təyin edilib.
O bu vəzifədə Nəbi Zeynalzadə Baxşəli oğlunu əvəz edib.
“Azərbaycan Duz İstehsalat Birliyi” QSC 2007-ci ildə təsis edilib və 7.5 milyon manat nizamnamə kapitalı var. Zavod 24 saat iş rejimi ilə çalışır və illik istehsal gücü 90000 tondur. Şirkət bazara “AzərDuz”, “Salute”, “Bizim Duz”, “Alfa” markaları adı altında bazara təqdim edir.