12 C
Baku
Friday, November 1, 2024

Sahibi “Auto Azerbaijan”a $2 milyonluq əlavə maya qoyub

Hyundai markalı avtomobillərin Azərbaycanda səlahiyyətli və yeganə rəsmi distributoru  “Auto Azerbaijan” MMC-nin nizamnamə kapitalı yüksəldilib.

Banker.az xəbər verir ki, “Auto Azerbaijan”nın nizamnamə kapitalı 13 352 742 ABŞ dollarından 15 352 742 dollara yüksəldilib.

Bu da şirkətin nizamnamə kapitalının 2 milyon dollar və ya 15% artımıdır.

“Auto Azərbaycan” şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Başda avtomobil olmaqla, pərakəndə və maliyyə sahələrində də fəaliyyət göstərir. Şirkət “NAB Holding”ə daxildir. “Hyundai” avtomobil markasının rəsmi eksklüziv distributorudur.

Son xəbərlər
Digər xəbərlər