Azərbaycanda yeni 3.4 milyon manat nizamnamə kapitalı olan “Vogue Baku” MMC yaradılıb.
Banker.az xəbər verir ki, şirkət Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən 2 noyabr 2023-cü il tarixində dövlət qeydiyyatına alınıb.
Şirkət Bakı şəhəri Nəsimi rayonu, Ak.Həsən Əliyev ev.36 m.M16/2 ünvanında qeydiyyata götürülüb.
Qanuni təmsilçi Əhmədov Yaşar İnşalla oğludur.