14 C
Baku
Saturday, May 11, 2024

Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni inzibati binası 22 milyon manata tikiləcək

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Euroline” QSC ilə 22 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni inzibati binasının tikinti işlərinin satınalınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 21.650.000 AZN təşkil edir.

Xatırladaq ki, “Euroline” QSC 1999-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 2200 manatdır və qanuni təmsilçisi Muhammad Asifdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər