9 C
Baku
Thursday, December 12, 2024

Dövlət istiqrazlarının gəlirliliyi kəskin düşüb

28 dekabr 2023-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 150 milyon manat həcmində, 1 illik (364 gün) tədavül müddətli diskontlu, dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə Banker.az-a BFB-dən bildirilir.

Hərrac zamanı 19 investor tərəfindən qiymət intervalı 91.5340 (9.2999%) manat və 94.5819 (5.76%) manat olan 62 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 94.3689 (5.9999%) manat, orta ölçülmüş qiyməti isə 94.3778 (5.99%) manat olaraq müəyyən edilib. Sonuncu dəfə 21 noyabra bir illik istiqrazlar üzrə valyuta hərracı keçirilmişdi və orta qiymət 7.93% təşkil etmişdi.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 335,295,200,00 manat, yerləşdirilmiş həcmi isə 137 700 000 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 26.12.2024-cü ildir.

Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Son xəbərlər
Digər xəbərlər