20 C
Baku
Thursday, October 3, 2024

2023-cü ildə təbii qazın qiyməti üç dəfə düşüb

Avropada təbii qazın orta qiyməti 2023-cü ilin sonunda üç dəfə azalaraq 1 min kubmetr üçün təxminən 464 dollar təşkil edib. London ICE birjasının məlumatlarına görə, azalmanın əsas amilləri havaların isti keçməsi, rekord yüksək qaz saxlama qabiliyyəti və Avropa İttifaqında qaza tələbatın azalması olmuşdur.

Ümumilikdə, 2023-cü ilin sonunda Avropada qazın qiymətinin aşağı düşməsi təxminən 67% təşkil edib. Bu il birja ticarətində qazın orta qiyməti 1 min kubmetr üçün 464 dollara yaxın olub. Əgər 30 dekabr 2022-ci ildə qaz fyuçersləri 1 min kubmetr üçün təxminən 845 dollara ticarət olunurdusa, 30 noyabr 2023-cü ildə 470 dollar dəyərində olub.

Hələ 2022-ci ilin dekabrında Avropada qazın orta qiyməti 1 min kubmetr üçün təxminən 1272 dollar olub, lakin sonra il ərzində tədricən azalma baş verib: yanvarda – 712 dollara (illiklə müqayisədə 21% az), fevralda – 583 dollara (-41%), martda – 488 dollara (-60%) , apreldə – 477 dollara qədər (-55%), may ayında – 357 dollara qədər (-65%), iyunda – 366 dollara qədər (-70,5%), iyulda – 337 dollara qədər (-82%), avqustda – 396 dollara (-84%), sentyabrda – 417 dollara (-80%), oktyabrda – 513 dollara (-63%), noyabrda – 512.5 dollara (-59%), dekabrda – 407 dollara (-68%) qədər.

Bununla belə, cari istilik mövsümünün əvvəlinə Avropa ölkələri öz yeraltı anbarlarında rekord həcmdə qaz ehtiyatlarının 99.63%-ni toplayıblar ki, bu da ilin sonunadək qiymət artımının səngiməsinə imkan verib. Eyni zamanda, qeyri-Avropa ölkələrində qaz istehlakı 1996-cı il səviyyəsinə düşüb.

Son xəbərlər
Digər xəbərlər