2 C
Baku
Saturday, December 14, 2024

Macarıstanda 2023-cü ildə xarici investisiyalar rekord həddə çatıb

Macarıstan iqtisadiyyatına xarici investisiyalar 2023-cü ildə rekord həddə çataraq 13 milyard avronu ötüb.

Bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto feysbuk səhifəsində məlumat verib.

O qeyd edib ki, bu, 2022-ci illə müqayisədə iki dəfə çoxdur.

Onun sözlərinə görə, ölkə iqtisadiyyatı artıq ikinci ildir ki, investisiya baxımından rekord nəticələr əldə edir: “2022-ci ildə Macarıstana 6,5 milyard avro, ötən il isə 13,13 milyard avro dəyərində investisiyalar daxil olub. Bunun sayəsində 19 min yeni iş yeri açılıb”.

P. Siyarto hesab edir ki, bu, ümumi daxili məhsulu 165 milyard avrodan az olan ölkə üçün yaxşı göstəricidir.

Son xəbərlər
Digər xəbərlər