Son 5 ildə Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) aktivləri 2 dəfə artaraq 2023-cü ilin III rübünün sonuna 682 milyon manata çatıb.
Bunu “Azərbaycan Mikromaliyyə Asosiasiyası” İctimai Birliyinin (AMFA) İdarə Heyətinin sədri Cəlal Əliyev Bakıda “Nailiyyətlər və çağırışlar” mövzusunda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib.
Onun sözlərinə görə, BOKT-lərin aktivlərinin 80%-i müştərilərə verilmiş kreditlərdir. “30 sentyabr 2023-cü il tarixinə müştərilərə verilmiş kreditlər yarım milyard manatı keçib. Bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur”, – deyə o qeyd edib.
“Bu illər ərzində BOKT-lərin vergi ödənişi də artıb. 2023-cü ildə bu rəqəm 10.7 milyon manat təşkil edib”, – deyə C.Əliyev əlavə edib.