2 C
Baku
Sunday, December 15, 2024

Qeyri-fəal əhali qruplarının əmək bazarına cəlb olunması ilə bağlı təkliflər hazırlanır

Azərbaycanda qeyri-fəal əhali qruplarının əmək bazarına cəlb olunması ilə bağlı təkliflər hazırlanır.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli yanvarın 9-da keçirdiyi brifinqdə deyib.

O bildirib ki, əmək bazarının araşdırılması, bu sahədə beynəlxalq təcrübənin müqayisəli təhlili üzrə 20-dən çox istiqamət üzrə araşdırma edilib və təhlil hazırlanıb:

“Fərdi Günəş Enerjisi ilə bağlı özünüməşğulluq zərfinin araşdırılması aparılır. Eyni zamanda işaxtarmayan (həvəsdən düşmüş) işsiz şəxslərin əmək bazarına qaytarılması istiqamətində beynəlxalq təcrübənin araşdırılması və təkliflərin hazırlanması nəzərdə tutulur. Həmçinin işəgötürülmədə maneələr və işdənçıxarma ilə bağlı beynəlxalq təcrübənin araşdırılması və məşğulluğun davamlılığının təmin edilməsinə dair təkliflər də hazırlanır”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər