13 C
Baku
Tuesday, May 14, 2024

Tokayev Azərbaycana səfər edəcək

Yaxın zamanda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri olacaq.

Bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel məlumat verib.

O bildirib ki, Qazaxıstan Prezidentinin səfəri çərçivəsində Füzulidə Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimi olacaq.

Xatırladaq ki, Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası 2023-cü ildə başlayıb və uğurla başa çatdırılıb.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər